banner
banner

Dünya

Boris Consonun xüsusi nümayəndəsi Kabildə “Taliban” liderləri ilə görüşüb

Boris Consonun xüsusi nümayəndəsi Kabildə “Taliban” liderləri ilə görüşüb

Böyük Britaniyanın Baş naziri Boris Consonun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Saymon Qass Kabildə “Taliban” liderləri ilə görüşüb.

Cia.az-ın xəbərinə görə, bu barədə Britaniyanın Xarici İşlər Ofisi məlumat yayıb.

Bildirilib ki, Britaniyanın Əfqanıstandakı Missiyasının müvəqqəti işlər vəkili Martin Lonqden də S. Qassla birlikdə “Taliban”la danışıqlar aparmaq üçün Əfqanıstana gedib.

Onlar Mövləvi Əmir Xan Muttəqi, Molla Əbdül Qani Baradar Axund və Mövlavi Əbdül-Salam Hənəfi də daxil olmaqla “Taliban”ın yüksək səviyyəli üzvləri ilə görüşüblər.

Görüşdə Əfqanıstandakı humanitar böhranın və ölkənin terrorçuların yuvasına çevrilməsinin qarşısını almağın yolları müzakirə olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.