banner
banner

Dünya

Hindistan kosmosa çıxır

Hindistan kosmosa çıxır

Hindistan planetlərarası missiyasının kosmik araşdırmaları tarixində mühüm əhəmiyyətli addım atıb.

Bu səhər göyərtəsində elmi-tədqiqat aparatlarının olduğu "Manqalyan" kosmik aparatı Mars-ətrafı orbitə buraxılıb. "Manqalyan" zondu "qırmızı planet"in səthini və atmosferini tədqiq edəcək. Bununla da, Hindistan Mars missiyasını reallaşdıran ilk Asiya ölkəsi olub.

Hindistan Kosmik Araşdırmalar Təşkilatı isə NASA, Roskosmos və Avropa Kosmik Agentliyindən sonra Mars missiyasını həyata keçirən 4-cü kosmik təşkilat olub. Missiyanın uğurlu olacağı təqdirdə, Hindistan həm də Mars missiyasını birinci cəhddən uğurla həyata keçirən ilk ölkə kimi də tarixə düşəcək.

"Manqalyan" zondu başqa istiqamətlərdə də rekordlar qeydə alıb. Birincisi, o, kosmik araşdırmalar tarixində ən ucuz başa gələn missiyadır. Kiçik avtomobil ölçüsündə olan və 1,3 ton ağırlığı olan qızılı rəngli zondun özü də daxil olmaqla, bütün missiya Hindistana 76 milyon dollara başa gəlib. İkincisi, Hindistan Kosmik Araşdırmalar Təşkilatı «Manqalyan» zondunu çox qısa müddət ərzində - cəmi 15 aya hazırlayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.