Azərbaycanda iyul ayı ərzində şəhid ailələrinə mənzillərin verilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyinin əməkdaşı Çingiz Əliyev bildirib iki, bu cür ailələrə əvvəllər mənzillər ayrı-ayrı tikilib verilirdi. Amma indi adi insanların da yaşadığı mənzillərdə şəhid ailələrinə evlərin verilməsi nəzərdə tutulur. Buna görə artıq respublikanın 5 şəhərində - Bakı, Sumqayıt, Mingəçevir, Xırdalan və Gəncə şəhərlərində fərdi evlərin və binalarda mənzillərin verilməsi nəzərdə tutulur. Çingiz Əliyev onu da qeyd etdi ki, bu mənzillər növbəlilik əsasında veriləcək. Təmir olunacaq evlərdə artıq işlərə başlanılıb. Yeni tikilən mənzillərdə evlər say əsasında hər kəsə veriləcək. Bununla da veriləcək binaların tikintisinə çox vaxt sərf olunmayacaq.
Nazirlikdən onu da bildirdilər ki, hazırda respublikanın 53 rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət 353 ədəd fərdi ev inşa olunur. Cari ilin iyul ayının sonunadək sözügedən ailələrin istifadəsinə veriləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.