Son iki ildə Gürcüstanda azərbaycandilli dörd məktəb bağlanıb
Hazırda Gürcüstanda 116 azərbaycandilli və Azərbaycan bölməsinin olduğu məktəb fəaliyyət göstərir.
Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq Gürcüstanın Təhsil və Elm Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzindən bildirilib.
Tədrisin Azərbaycan dilində aparıldığı orta təhsil müəssisələrinin 104-ü Kvemo Kartli, 9-u Kaxeti bölgəsi, 3-ü isə Tbilisidə yerləşir.
İllik müqayisədə say baxımından 3 məktəb azalıb. Belə ki, ötən il qonşu ölkədə 119 azərbaycandilli məktəb olub.
Son iki ilin göstəricilərinə nəzər salanda məlum olur ki, bu dövrdə qonşu ölkədə 4 azərbaycandilli məktəbin fəaliyyəti dayandırılıb.
2020-2021-ci tədris ilində azərbaycandilli ictimai məktəblərdə 25 312 şagird təhsil alıb ki, bu da illik müqayisədə 356 nəfər çoxdur. Ən çox şagird (1 272 nəfər) Saqareco bələdiyyəsinin Yormuğanlı kənd məktəbində təhsil alıb. Ən az şagirdi olan məktəblər isə Tetritskaro bələdiyyəsinin Samqereti və Marneuli rayonunun Ağqula kəndlərindədir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.