banner
banner

Gündəm

Paşinyan “3+3” formatı ilə bağlı mövqeyini açıqladı

Paşinyan “3+3” formatı ilə bağlı mövqeyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan “3+3” regional əməkdaşlıq formatı ilə bağlı mövqeyini bildirib.

Cia.az erməni mediasına istinadən xəbər verir ki, parlamentdə danışan erməni baş nazirin sözlərinə görə, Ermənistan ilk növbədə, hansı konkret formatlardan söhbət getdiyini, həmin formatların hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anlamalıdır. Paşinyan aydınlaşmalı olan bir sıra digər başqa detalların olduğunu da bildirib.

Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur.

 

Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi brifinqdə bildirmişdi ki, “3+3” formatının yaradılması təşəbbüsü ilə bağlı İranın mövqeyi müsbətdir. Eyni pozitivlik Azərbaycan və Türkiyədə də müşahidə olunur və hazırda Ermənistan tərəfi ilə iş aparılır.

İranla Rusiya “3+3” formatı ilə bağlı danışıqlar apardı



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.