banner
banner

Dünya

“Şuşa bədbəxt və qaranlıq şəhər idi” - Paşinyan dediklərini danmadı

“Şuşa bədbəxt və qaranlıq şəhər idi”

“30 il ərzində Şuşaya nə qədər sərmayə qoyulmuşdu? Baden-Badenə qoyulan sərmayə ilə Şuşaya qoyulan sərmayəni müqayisə edək? (Xocalı qatili Serj Sarqsyanın Baden-Badendəki korrupsiya kapitalı nəzərədə tutulur – red.)”.

Cia.az erməni KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif blokdan olan deputat Tiqran Abraamyanın “Şuşada 30 ildə niyə evlər tikilmədi. Pul yox idi? Yoxsa nə?” sualına cavabında deyib.

 

Paşinyan Litvada erməni diasporu ilə görüşü zamanı səsləndirdiyi “Şuşa bədbəxt və qaranlıq şəhər idi” sözlərinin üzərində dayandığını qeyd edib:

“Gəlin bu rəqəmləri müqayisə edək, yoxsa buna dəyməz? Bu suallarla nə axtarırsınız? Yoxsa sizə elə gəlir ki, Şuşada yalnız siz olmusunuz? Mən yox idim, başqa insanlar yox idi və heç kim orada vəziyyətin necə olduğunu görmədi? Sanki paralel reallıqlarda yaşayırıq. Bəli, dediklərim doğrudur”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.