Azərbaycanda epizootoloji monitorinqlərə başlanılıb
Heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması və onların vaxtında aşkarlanması, habelə ölkə ərazisində epizootik vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən epizootoloji monitorinqlərə başlanılıb.
AQTA-danCia.az-a verilən məlumata görə, monitorinqlər çərçivəsində iri və xırdabuynuzlu heyvanlar arasında brusellyoz və dabaq xəstəliklərinə qarşı peyvənddən sonrakı immun fonun təyini, həmçinin brusellyoz, infeksion epididimit, xırdabuynuzlu heyvanların taun xəstəliklərinin diaqnostikası üçün seroloji müayinələr aparılması nəzərdə tutulub.
Oktyabrın 1-dən başlayan monitorinqlər zamanı respublikanın 59 şəhər və rayonunun 400 yaşayış məntəqəsinin hər birində təsadüfi seçim üsulu ilə müəyyən olunmuş azı 5 fermer və ya ailə təsərrüfatı olmaqla ümumilikdə 15200 baş iribuynuzlu, 76400 baş xırdabuynuzlu heyvandan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır. Götürülmüş qan nümunələri bir neçə xəstəliyə görə müayinə olunduqdan sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının serum bankında saxlanacaq. Elmi-risk qiymətləndirilməsinin aparılması məqsədilə toplanan qan nümunələri blutanq xəstəliyi üzrə də müayinələrə cəlb olunacaq.
Epizootoloji monitorinqlərin nəticələrindən asılı olaraq zəruri baytarlıq tədbirləri həyata keçiriləcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.