Son vaxtlara qədər tez-tez feysbukda müxtəlif paylaşımlar edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov artıq sosial şəbəkə hesabını bağlayıb.
Cia.az xəbər verir ki, bu barədə modern.az məlumat yayıb.
Bildirilir ki, sabiq şöbə müdiri feysbukda ölkə əhəmiyyətli hadisələrə münasibət bildirməklə gündəmdə qalmağa çalışırdı. Hətta bəzən özü barədəki suallara da buradan cavab verərək şəxsinə qarşı ittihamlara da münasibət bildirib. Ancaq Ə.Həsənov feysbukdakı profilini dondurub. Bu səbəbdən də onun sosial şəbəkədə aktivliyi müşahidə olunmur.
Bununla yanaşı, Ə.Həsənovun feysbuk səhifəsi isə açıq olaraq qalıb. Ancaq o, səhifədə sonuncu paylaşımını bu ilin iyul ayında edib.
Qeyd edək ki, Ə.Həsənov 1995-ci ildən 2019-cu ilə kimi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.