banner
banner

İdman

3 güləşçimiz DÇ-nin yarımfinalında

3 güləşçimiz DÇ-nin yarımfinalında

Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Cia.az xəbər verir ki, bu gün Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala yüksəlib. 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək.

 

Ülvü Qənizadə (72 kq) İdris İbayev (Almaniya) və Şmaqi Bolkvadzedən (Gürcüstan) güclü olsa da, Məhəmməd Muxtari (İran) ilə bacarmayıb. 77 kq-dakı Sənan Süleymanov Kayratbek Tuqolbayevə (Qırğızıstan), Daler Rzazadəyə (Tacikistan) və Roland Şvarts (Almaniya) qalib gəlib. O, yarımfinalda Tsimur Berdyieu (Belarus) ilə görüşəcək.

Tokio olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.