banner
banner

Gündəm

Müsəlmanlar bu günü anır

Müsəlmanlar bu günü anır

Bu gün rəcəb ayının 13-ü Həzrət Əlinin (ə) mövlud günüdür.
Onun atası böyük məqаm sаhibi оlаn Əbu Tаlib (ə), anаsı isə Fаtimə (ə) binti Əsəddir.
Həzrət Əli Məhəmməd Peyğəmbərin (s) besətindən (peyğəmbərlik məqamına çatmasından) 10 il əvvəl rəcəb ayının 13-də Məkkədə Kəbənin içində dünyаyа göz аçıb. Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək.
Rəvayət var ki, pеyğəmbərlərin sоnuncusu Həzrət Muhəmmədin (s) davamçısı, əmisi оğlu, kürəkəni, möminlərin vəlisi Əli (ə) əleyhissalam gözübağlı dünyaya gəlib və valideynləri bundan çox narahat olublar. O bir-bir onu qarşılayanların qucağına gəldikdə yalnız həzrəti Muhəmmədin (s) qucağında gözünü açıb. Bu onun yaşayacağı həyatdan xəbər verib. Qabaqda Əlini sevimli peyğəmbərinin və onun gətirdiyi dini uğrunda yaşamaq gözləyirdi. Hələ gənc yaşlarından həzrət Əli İslamın ilk çətin günlərində peyğəmbərin yanında olacaq, o həzrətə atılan daş-qalaqa sinəsini gərəcək, onun yerinə ölümü göz alaraq yatağında uzanacaq, onun əmri ilə döyüşlərə atılacaq.

Lakin həzrət Əlini müsəlmanlara və hətta bəşəriyyətə sevdirən təkcə bu əməlləri deyil. Peyğəmbərin ölümündən sonra bu həzrət islamın parçalanmaması və inkişafı üçün bir çox əziyyətlərə tab gətirərək, həyatını davam etmiş. Buna baxmayaraq elmi fəaliyyəti ilə də gələcək nəsillərə bir irs buraxmışdı. Dünyada elə bir müsəlman tapılmaz ki, bu həzrətin “Mənə bir hərif öyrədənin 40 il qulu olaram” kəlamını bilməsin və bu kəlama əsasən İslamın elmə verdiyi dəyəri anlamasın. 

İmam Əlinin (ə) ən məşhur ləqəbi Əmirəl-Möminindir. Lakin onun şəxsiyyətinin böyüklüyü və hərtərəfliyinə görə, qaynaqlar İmam (ə) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Məhz həmin ləqəblərdi ki, bu həzrətin bəşəriyyətə necə bir “hədiyyə” olduğuna isbatdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.