Hulusi Akar: "Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsinə dəstək verməyə davam edəcəyik"
“Azərbaycanlı və liviyalı qardaşlarımızın yanında olub onlara haqlı mübarizələrində dəstək verməyi davam etdirəcəyik”.
Cia.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Milli Müdafiə Universiteti Dəniz Hərbi Kollecinin 2021-2022 tədris ilinin açılış mərasimində bildirib.
Nazir Yunanıstan və Kiprin yunan hissəsindəki hökumətin silahlanmasına münasibət bildirərək deyib: “Yunanıstan və yunan Kipri son dövrlərdə bəzi ölkələrin təşviqi və təhriki ilə sürətlə silahlanma sevdasına düşüb. Bir riyaziyyata, bir tarixə baxın. Belə davranışla Türkiyədən üstün olmaq iddiasından əl çəkin. Yunanıstan iqtisadiyyatı məlumdur. Bu ölkə boc içindədir. Silahlanma sevdası ilə daha böyük borca girərək ölkə iqtisadiyyatını ağır vəziyyətə salacaqlar”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.