Üçüncü dünya müharibəsi bu yerlərdən başlaya bilər - “The Sun” açıqladı
Amerikanın “The Sun” qəzeti üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerləri göstərən dünya xəritəsini çəkib.
Cia.az xəbər verir ki, xəritə qəzetin saytında yerləşdirilib.
Müəlliflərin fikrincə, qlobal hərbi toqquşma Tayvan adasında (Çin iddia edir), Kəşmirdə (Hindistan və Pakistan arasındakı mübahisəli bölgə), Hörmüz Boğazı (İran və Birləşmiş Ərəb Əmirliklərinin sularında yerləşir) və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.
Bundan başqa, müəlliflər üçüncü dünya müharibəsinin Türkiyə və Suriya arasında qarşıdurmalardan, həmçinin İran və İsrail arasındakı nüvə müharibəsi ilə başlaya biləcəyini ehtimal edirlər. Ancaq “The Sun” ABŞ və Çin arasında qlobal qarşıdurmaya çevriləcək Tayvan uğrunda müharibəni ən çox ehtimal olunan ssenari hesab edir.
Xatırladaq ki, sentyabrın 10-da Çin lideri Si Cinpin bildirib ki, Çinlə ABŞ arasındakı əməkdaşlıq bütün dünyaya fayda verəcək və dövlətlər arasındakı müharibə isə bütün Yer planetini təhlükəyə atacaq. Onun sözlərinə görə, ölkələr arasındakı mövcud münaqişə vəziyyətinin səbəbi ABŞ-ın Çinə qarşı siyasətidir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.