Gürcüstanın Batumi şəhərində binanın çökməsi ilə əlaqədar üç nəfər saxlanılıb.
Cia.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
İstintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində aşağıdakı şəxslər saxlanılıb: binanın birinci mərtəbəsində yerləşən mənzilin sahibi, 1975-ci il təvəllüdlü Z. B., həmçinin 1962-ci il təvəllüdlü X. S. və 1992-ci il təvəllüdlü Q. S.
İstintaqla müəyyən olunub ki, mənzil sahibi X. S və Q. S adlı şəxsləri evinin təmir olunması işlərinə cəlb edib. Mənzildə təhlükəsizlik qaydalarına əməl olunmadan tikinti və təmir işləri aparılıb, bu da çox güman, çoxmənzilli binanın girişlərindən birinin çökməsinə gətirib çıxarıb.
Qeyd edək ki, binanın çökməsi nəticəsində beş nəfər həyatını itirib, iki nəfər yaralanıb. Dağıntılar altında daha bir neçə nəfərin olduğu bildirilir
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.