Nigeriya ordusu Boko Haram terrorçularına qarşı uğurlu əməliyyatları davam etdirir. Cia.az-ın məlumatına görə, ordunun ölkənin şimalındakı Sambisa meşəsində Boko Haram qruplaşmasının üzvləri ilə apardığı növbəti qızğın döyüşlər zamanı daha 230-dan çox qadın və uşaq girovluqdan azad edilib. Bu barədə ordu rəsmisi xəbər yayıb. Xəbərdə bildirilir ki, 234 nəfər girovluqda olan şəxs Simbiziada aparılan əməliyaytların gedişatı zamanı azadlığa buraxılıb. Bir neçə gün əvvəl isə 200 qızı və 100 qadını girovluqdan qurtaran Nigeriya əsgərlərinin apardıqları uğurlu hərbi əməliyyat zamanı 160 nəfər də azad etmişdilər. Qanlı döyüşlərdə Boko Haram qruplaşmasının böyük itki verdiyi bildirilib. Nigeriya ordusunun bir neçə gün ərzində onlarla düşərgəni terrorçulardan təmizlədiyi, onlara məxsus külli miqdarda döyüş texnikasını və maşını ələ keçirdiyi qeyd edilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.