Elektrik təchizatında yaranan problemlə əlaqədar Tokioda bir neçə dəmir yolu xəttində qatarların hərəkəti dayanıb. Cia.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dəmir yolunun operatoru “JR East” şirkəti ən çox qatarın hərəkət etdiyi “Yamanote” dairəvi xətti daxil olmaqla, 8 dəmir yolu xəttində qatarların hərəkətinin dayandığını açıqlayıb. İlkin məlumata görə, Yaponiya paytaxtında elektrik təchizatında yaranan problemin səbəbi Saytama əyalətindəki yarımstansiyada baş verən yanğındır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.