Gürcüstanda Britaniya vətəndaşı qətlə yetirilib - FOTO
Gürcüstanın Qori şəhərində Böyük Britaniya vətəndaşı 28 yaşlı Tomas Kennedi qətlə yetirilib.
Cia.az-ın “Mtavari arxi” telekanalına istinadən verdiyi xəbərə görə, istintaq qətlə yetirilən şəxsin əvvəlcə fiziki hücuma məruz qaldığını və daha sonra huşsuz vəziyyətdə Kür çayına atıldığını müəyyən edib.
T. Kennedinin Gürcüstana avqustun 30-da getdiyi və onun musiqi kolleclərindən birinin tələbəsi olduğu bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.