Ukraynanın "Naftoqaz" şirkəti Rusiyanın "Qazprom" şirkətindən 16 milyard dollar tələb edir. Cia.az-ın məlumatına görə, rəsmi Kiyev bu iddianı Stokholm Arbitraj Məhkəməsində qaldırıb. Ukraynanın baş naziri Arsen Yatsenyuk facebook səhifəsində yazıb ki, iddialar Rusiya qazının alınması və tranziti ilə bağlı müqavilələrə aiddir: "Tranzit müqaviləsi Ukraynaya münasibətdə ədalətsizdir və "Qazprom" Kiyevin "Naftoqaz" şirkətinə dəyən zərərə görə 10 milyard dollardan çox kompensasiya ödəməlidir". Ukrayna hökumət başçısının sözlərinə Rusiyadan cavab gecikməyib. "Qazprom"un nümayəndəsi Sergey Kupriyanov baş nazirin dediklərinə münasibəti belə olub: "Rusiya şirkətinin "Naftoqaz"a qarşı kompensasiya tələbi Kiyevin Moskvaya iddialarından çoxdur. Amma biz hələ konkret rəqəm açıqlamırıq".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.