Sabir Rüstəmxanlı: “18 oktyabr iş günü olmamalıdır”
Yazar: Sabir Rüstəmxanlı
Deputat Sabir Rüstəmxanlı Milli Məclisdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış etdi.
Cia.az-in məlumatına görə S. Rüstəmxanlı bildirdi ki, qanun layihəsinə qarşı çıxmaq, kölgə salmaq düzgün deyil. S.Rüstəmxanlı müstəqilliyin bərpası uğrunda çalışan və ortaya mövqe qoyan insanların, müstəqilliyə səs verən deputatların haqqının verilməsini zəruri sayaraq bildirdi ki, onların minimum ehtiyacları ödənməlidir: “O adamların bəziləri 200-300 manatlıq aylıq təqaüdlə dolanırlar. Həmçinin hesab edirəm ki, 18 oktyabr iş günü olmamalıdır. 1918-ci ildə zəhmət çəkənlərin də xatirəsi qorunmalıdır.
Rəsulzadənin iki otaqlı mənzili var idi, sonra oğlu gəldi, biz ermənilərin sahibləndiyi həmin mənzili alıb ona verə bilmədik. Bu, nə iradədir? Nuru Paşanın abidəsinin qoyulması niyə problem olmalıdır? Nargin adası niyə təmizlənmir, orda bir abidə qoyulmur? Vaxtilə ora Çar Rusiyasının əyləncə yeri olub. Vaxtilə Azərbaycanda bu işlərin qarşısını alan adamlar var idi, indi yoxdur. Heç olmasa, indi bu məsələlərə diqqəti artırmalıyıq”.
"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.