Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın vəkilləri belə bir ismarıc verirlər ki, o, azadlığa buraxılmasa, əlində olan konkret məlumatları açıqlayacaq.
Cia.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə “Ermənistan” fraksiyasının millət vəkili, hüquqşünas Aram Vardevanyan açıqlayıb.
Millət vəkilinin fikrincə, müdafiə tərəfi işin Apellyasiya Məhkəməsinin hakimi Armen Danielyana verilməsini istəmir. Çünki belə olduqda Tonoyan azadlığa çıxmaq üçün bütün imkanlarından istifadə edə bilər.
“Sadə dillə desək, vəkillər hələ ki, buna eyham vururlar. İstənilən halda biz yalnızca keyfiyyətsiz silahların alınması ilə deyil, həm də ölkə tarixinin ən biabırçı səhifələrindən biri ilə əlaqəli keçmiş müdafiə nazirindən bəhs edirik”, - deyə Aram Vardevanyan bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.