banner
banner

Sosİal

Qaz təchizatina daha bir qanunsuz müdaxilə hali aşkar edildi

Qaz təchizatina daha bir qanunsuz müdaxilə hali aşkar edildi

“Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa Xidmət sahəsinin əməkdaşları qaz təchizatından qanunsuz istifadə, özbaşına şəkildə müdaxilə halı aşkar ediblər.

Ağstafa rayonunun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə 2 rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib. Görüntülərdən göründüyü kimi vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinmir, bunun nəticələrinin ağır olacağının fərqində deyil və kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edir. Sözügedən məsələ ilə bağlı Birlik tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulma ləğv edilib. "Azəriqaz” İB bir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər.

Daha ətraflı video-materialdan izləyə bilərsiz:



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.