Mayın 3-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə yola düşəcək. Cia.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində, mayın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək. Görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsindən və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsindən ibarətdir.
Üç ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşünün yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.