banner
banner

Sağlamlıq

Alimlər: Kimyəvi terapiya beyni dağıdır

Alimlər:

Kimyəvi terapiyanın onkoloji xəstəliklərlə mübarizədə bəzən yeganə vasitə kimi tətbiq edildiyinə baxmayaraq, alimlər bu prosesin orqanizmə daha bir mənfi təsirini üzə çıxarıblar. Kanada ekspertlərinin araşdırmaları nəticəsində məlum olub ki, kimyəvi terapiya baş beynin fəaliyyətinin pozulmasına səbəb olur. Bu proseduradan beynin yaddaş və diqqətin cəmlənməsinə “cavabdeh” olan nahiyəsi xüsusilə zərər çəkir.

Cia.az  xəbər verir ki, Kanada alimlərinin eksperimentlərdə döş vəzisi xərçəngindən sağalmış qadınlar iştirak ediblər. Məlum olub ki, bu qadınlar onlara verilən tapşırıq üzərində diqqətlərini uzun müddət cəmləyə bilmirlər. Buna səbəb isə beynin müvafiq nahiyəsinin işləməməsidir. Lakin qadınlardan heç nə tələb olunmadığı halda onların beyni adi qaydada işləyib.

Alimlər ümid edirlər ki, onların araşdırmalarının nəticələri gələcəkdə onkoloqlara kimyəvi terapiyanın xəstələrin baş beyninə təsirini nəzərə almalarına və müalicə prosesinin səviyyəsini yaxşılaşdırmağa kömək edər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.