"Hindistanın mövqeyi ardıcıldır, rəsmi Dehli münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik yolla sülh yolu ilə həll edilməsinin tərəfdarır.
Cia.az "Armenian News"a istinadla xəbər verir ki, bunu İrəvanda səfərdə olan Hindistanın XİN rəhbəri Subramanyam Cayşankar bildirib.
Nazir xatırladıb ki, Hindistan bu yanaşmanı hər zaman dəstəkləyib:
"Hesab edirik ki, məsələlər güc yolu ilə deyil, dialoq yolu ilə həll edilməlidir. Biz zorakılığın əleyhinəyik. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində prosesi dəstəkləyirik. Bu ən uğurlu təbliğat üsuludur".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.