ABŞ Dövlət katibi Entoni Blinken İsrail xarici işlər naziri Yair Lapid və BƏƏ-nin XİN rəhbəri Abdullah Bin Zayed əl-Nəhyanla Vaşinqtonda görüşüb.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar müzakirələrdən sonra birgə mətbuat konfransı keçiriblər.
Blinken İranla nüvə məsələsində davam edən müzakirələrdə vaxtın azaldığını, diplomatiyanın uğursuz olacağı təqdirdə, digər variantların masaya gətiriləcəyini söyləyib:
“İranın nüvə silahı əldə etməməsi məsələsində həmfikirik. Diplomatik yolların ən yaxşı həll yolu olduğuna inanırıq. Ölkəmiz aylardır İran nüvə sazişinə qayıtmağa hazır olduğunu bildirib. Ancaq Tehranın hazır olduğunu görmürük”.
Dövlət katibi bildirib ki, vaxt daralır:
“İran nüvə zənginləşdirmə faizini 20-dən 60-a çıxarmaq başda olmaqla, bu müddəti nüvə proqramını irəlilətmək üçün istifadə edir”.
“Diplomatiya uğursuz olarsa, hərbi seçimləri dəyərləndirəcəksinizmi?” sualına Blinkenin cavabı belə olub:
“İranın reaksiyalarını, vəziyyətini yaxından izləyirik. İran yolunu dəyişdirməsə, digər variantlara qayıtmağa hazırıq”.
Lapid isə qeyd edib ki, nüvə müzakirələrində itirilən zaman İranın nüvə proqramına davam etməsini təmin edir:
“Hər keçən gün, gecikilən hər gün İran nüvə silahına bir addım da yaxınlaşır. İran nüvə proqramı məsələsində dünyanı aldadır. Mən və cənab Blinken Holokostdan xilas olan ailələrin uşaqlarıyıq. Bizlər bir nəslin dünyanı pislikdən qorumaq üçün nə zaman gücdən istifadə edilməli olduğunu bilirik.
Əgər diplomatiya uğursuz olsa, digər bütün variantlar masada olacaq. Digər variant ifadəsinin nə mənaya gəldiyini buradakı hər kəs anlayır. Tehran da anlayır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.