banner
banner

Dünya

Saxlanılmazdan az əvvəl isə xəngəl sifariş verdim

Saxlanılmazdan az əvvəl isə xəngəl sifariş verdim

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə saxlanılarkən süfrə arxasında olduğu anın görüntüləri böyük marağa səbəb olmuşdu.

Videodan onun əlləri qandallanarkən belə yeməyini davam etdirdiyini və spirtli içki qəbul etdiyini aydın görmək mümkündür.

Cia.az-ın  xəbərinə görə, Saakaşvili saxlanıldığı Rustavi həbsxanasından “Mtavari arxi” teleşirkətinə verdiyi müsahibəsində bildirib ki, həmin an yalnız bir gürcü xəngəli yeyə bilib.

 

“Mən Batumi, Kutaisi, Poti, Lançxutini, Sameqrelonun bir neçə yerini ziyarət etdim. Rikotidə lobianinin dadına baxdım. Saxlanılmazdan az əvvəl isə xəngəl sifariş verdim. Təəssüflər olsun ki, yalnız bir ədəd gürcü xəngəli yeyə bildim”, - deyə Saakaşvili qeyd edib.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-i səkkiz ildən sonra Gürcüstana qayıdıb. Keçmiş Prezident elə həmin gün saxlanılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.