Gürcüstanın Rustavi şəhərində 17 saylı həbsxananın ərazisində yanğın baş verib.
Cia.az “TV Pirveli” telekanalına istinadən xəbər verir ki, yanğın həbsxananın yeməkxanasında baş verib.
Bildirilir ki, hazırda yanğınla mübarizə davam edir. Bununla yanaşı, küləkli hava bu prosesi çətinləşdirir.
Qeyd olunur ki, sözügedən həbsxana Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı 12 saylı Rustavi həbsxanasının yaxınlığında yerləşir. Hələ ki, yanğının səbəbi bəlli deyil.
Qeyd edək ki, 17 saylı həbsxana Gürcüstanın ən nöyük cəzaçəkmə müəssisələrindən biridir. Burada hazırda 1,5 mindən çox məhbus yerləşdirilib. Onlardan 756-sı ən ağır cinayətlərə görə məhbusluq həyatı yaşayır
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.