banner
banner

Hərbİ

“Bu döyüş metodları dünya hərb tarixində müharibələrin gedişatını dəyişdi”

“Bu döyüş metodları dünya hərb tarixində müharibələrin gedişatını dəyişdi”

Oktyabr müasir Azərbaycan tarixində zəngin hadisələrlə bol olan aydır. Məhz bu ayda Azərbaycan öz müstəqilliyini bərpa etdi, Ulu öndər Heydər Əliyev ölkə prezidenti seçildi. Müasir tariximizdə isə Vətən müharibəsi zamanı bir çox ərazilərimizin işğaldan azad edilməsi də oktyabra təsadüf etdi. Bu ayı xalqımız üçün əlamətdar edən, həm də Prezident İlham Əliyevin ilk dəfə 15 oktyabr 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini toplayaraq Prezident seçilməsidir.

Ümummilli liderimiz, dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidməti hər bir azərbaycanlıya məlumdur. Ulu öndərin ən böyük xidmətlərindən biri də məhz İlham Əliyevi siyasi varisi elan etməsidir. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”- deyən ulu öndər son nəfəsində də Azərbaycanı fikirləşdi və öz fikirlərində yanılmadı.

Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoydu. Hakimiyyətinin mərkəzində Azərbaycan xalqı və Azərbaycan ərazilərinin bərpası fəlsəfəsi duran İlham Əliyev qarşıda duran bütün hədəflərə çatdı. Qısa müddətdə Azərbaycan dünyada öz inkişaf modeli ilə tanındı, qəbul olundu. Bütün sahələrdə böyük uğurlar qazanan Azərbaycan regionun güc mərkəzinə çevrildi. Bu regionda həyata keçirilən bütün qlobal layihələr məhz Azərbaycanın razılığından sonra həyata keçirildi. Bir sıra böyük proyektlər isə Azərbaycanın maliyyə imkanları nəticəsində baş tutdu.

 

Hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin hakimiyyəti dövründə ölkədə 2 milyona yaxın yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb. İşsizlik səviyyəsi 5 faizə düşüb, yoxsulluq isə 49 faizdən 5 faizə endirilib.

Azərbaycan bu müddət ərzində nəqliyyat dəhlizlərində fəal iştirak edib, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolunun Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları inşa edilib.

Ali Baş Komandan olaraq da İlham Əliyev qarşıda duran ən böyük hədəfə, Azərbaycanın ərazi bütövlüyünə nail olub. Cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan və onun qurduğu Şanlı Azərbaycan Ordusu erməni mifini dağıdıb və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Vətən müharibəsində istifadə etdiyi döyüş metodları dünya hərb tarixində yeni səhifə açdı və müharibələrin gedişatını dəyişdi.

İndi isə qarşıda daha böyük hədəflər var. Hər bir azərbaycanlı çox gözəl başa düşür ki, bu hədəflərə yalnız Prezident İlham Əliyevlə birgə nail olmaq olar. Bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar artıq hər kəs tərəfindən qəbul olunur, hörmət edilir. Azərbaycan xalqı əmindir ki, Azərbaycanın uğurlu gələcəyi məhz Prezident İlham Əliyevlə bağlıdır. Ona görə də xalqımız hər zaman onun ətrafında dəmir yumruq kimi birləşməyə davam edəcək.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.