İraq rəsmiləri İŞİD terroçularının Mosul şəhərinin qərbində bir neçə yüz yezidini qətlə yetirdiyini bildirir. İŞİD silahlıları cümə günü Təl Afar məntəqəsində 300 yezidi əsiri öldürüblər. Müxbirlər bildirirlər ki, ölümlərin necə baş verdiyi bilinmir. Dini azlıq olan yezidilərin minlərlə nümayəndəsi ötən il İŞİD silahlıları tərəfindən əsir edilib. İŞİD yezidiləri kafir hesab edir. Minlərlə yezidi canlarını qurtarmaq üçün Ninova vadisinin Sincar rayonundan kürdlərin nəzarətində olan ərazilərə sığınıb. Çox sayda yezidi kişinin öldürüldüyü, qadınların isə seks köləsi edildiyi xəbər verilir. Qeyd edək ki, yanvar ayında İŞİD gözlənilmədən 200 yezidini azad etmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.