banner
banner

İdman

Mahirin transfer qiyməti açıqlandı

Mahirin transfer qiyməti açıqlandı

Milli komandamızın hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb.

Cia.az xəbər verir ki, məşhur Transfermarkt saytının redaksiya heyəti Polşa yüksək liqasındakı futbolçuların bazar qiymətini müəyyənləşdirib. Saytın rəsmi İnstaqram səhifəsində yayılan açıqlamada qeyd edilib ki, bu zaman əsas diqqət "Legiya"nın azərbaycanlı hücumçusu Mahir Emreliyə yönəlib.

Bu mövsüm Varşava klubundakı uğurlu oyununa görə Emrelinin qiyməti 1 milyon 200 min avro məbləğində artaraq 2 milyon avroya çatıb.

 

Bundan başqa, M.Emreli Polşa Liqasının ən bahalı oyunçuları sırasında 10-cu pillədə yer alıb. Birinci yeri "Poqon"un yarımmüdafiəçisi Kasper Kozlovski (8 milyon avro) tutur.

Xatırladaq ki, qeyri-rəsmi xəbərə görə, "Legiya"ya azad agent kimi keçən Emreli hazırda ilinə 350 min avro maaş alır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.