banner
banner

Dünya

Gürcüstanda pandemiyanın beşinci dalğası elan edildi

Gürcüstanda pandemiyanın beşinci dalğası elan edildi

Gürcüstanda koronavirus pandemiyasının beşinci dalğası başlayıb.

Cia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlamasında deyib.

 

“Yoluxanların sayı ciddi şəkildə artıb və bu da beşinci dalğanın başlanğıcı deməkdir. Təəssüf ki, bu dalğa yüksək göstəricilərlə başlayıb və bu səbəbdən maska taxmaq, məsafəni gözləmək, kütləvi toplaşmadan uzaq durmaq və vaksin olunmaq kimi tələblərə əməl etmək lazımdır”, - deyə Qamkrelidze bildirib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 2020-ci il 26 fevralda qeydə alınıb.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.