banner
banner

Dünya

Merkelin qəribə Moskva səfəri

Merkelin qəribə Moskva səfəri

Putinin 9 may paradına dəvətini qəbul etməyən Almaniya kansleri Angela Merkel mayın 10-da Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. 
Onun səfəri zamanı onun Vladimir Putinlə görüşü gözlənilir.
Federal kanslerin aparatından bildirilib ki, Almaniya hökümətinin başçısı Rusiyada nasizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərin bir qismində iştirak edək.
O cümlədən, Angela Merkel Moskvada "Naməlum Əsgər" abidəsi önünə gül əklili qoyulması mərasimində iştirak etməyi planlaşdırır. 
Lakin mayın 9-da keçiriləcək hərbi paradın qonaqları sırasına Almaniya liderinin qatılacağı nəzərdə tutulmayıb.
Bundan əvvəl Moskvada keçiriləcək 9 May günü paradında iştirakdan bir çox dünya liderləri imtina ediblər. ABŞ, Polşa, Litva, Latviya, İsveç, Norvec, Britaniya və Yaponiya liderləri Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcəklərini bildiriblər.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.