banner
banner

Şou

Aygün Kazımova: “İlqar Xəyal qorxudan səhnəyə çıxa bilmədi”

Aygün Kazımova: “İlqar Xəyal qorxudan səhnəyə çıxa bilmədi”

 

Xalq artisti Aygün Kazımova müğənni İlqar Xəyalla bağlı maraqlı açıqlama verib.

Xəzər TV-nin “Səhər mərkəzi” proqramında danışan A.Kazımova Latviyada keçirilən “Yurmala-89” festivalı ərəfəsində başlarına gələni etiraf edib.

 

O, İ.Xəyalın qorxudan səhnəyə çıxmadığını deyib:

“Qaya” orkestrinin rəhbəri Teymur Mirzəyev bizi Bakıdan yola saldı. Dedilər, yer tutmasan qayıtma. Dörd nəfər getdik: Samir Bağırov, İlqar Xəyal, Sevil Hacıyeva və mən. İlqar Xəyalın nömrəsi birinci idi, həyəcandan qorxdu və səhnədən imtina etdi, çıxmadı. İlqar, incimə, amma düzünü deməliyəm. Sonra yenidən müraciət etdi ki, özümü toparladım, çıxım səhnəyə. Amma rejissor razılaşmadı. Samir Bağırov kəsildi. Sevil keçdi oldu diplomant. Mən isə yarışmanın başına nə oyun açdım görmüsüz. Düz etmişəm, mikrofonu elə qoydum, onsuz kəsildim”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.