banner
banner

Sosİal

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

Azərbaycanda oktyabrın 20-də gözlənilən hava proqnozu açılıb. 

Milli Hidrometeorologiya Xidmətindən Cia.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.  

Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. 

 

Atmosfer təzyiqi  763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.Nisbi rütubət 70-80 %  olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 20-də  Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü  və mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv  olacağı, dağlıq ərazilərdə qar yağacağı  ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz  5-10° isti olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.