banner
banner

Hərbİ

Bu ölkədən Azərbaycana minatəmizləmə texnikası gətiriləcək - Nazir açıqladı

Bu ölkədən Azərbaycana minatəmizləmə texnikası gətiriləcək -
"Yaxın həftələrdə Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılmış və 44 günlük davam edən Zəfərin ildönümünü qeyd edəcəyik. Azərbaycan torpaqlarının azad edilməsi və Slovakiyanın bölgənin inkişafına hansı töhfələr verəcəyi məsələsini müzakirə etdik”.
 
Cia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

 
Onun sözlərinə görə, Azərbaycan azad olunan ərazilərin minlardan təmizlənməsi sahəsində Slovakiya ilə əməkdaşlıq etdir: "Slovakiyadan 7 minatəmizləmə texnikasının alınması ilə bağlı ANAMA təərəfindən müvafiq sənəd imzalanıb. Bu yaxınlarda həmin texnikanın birinci hissəsi Azərbaycana gətiriləcək”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.