banner
banner

Sağlamlıq

Dietoloq şam yeməyi üçün ideal ərzaqları açıqladı

Dietoloq şam yeməyi üçün ideal ərzaqları açıqladı

 

 

Faydalı şam yeməyi həzm sisteminin mikroflorasına faydalı təsir göstərən bitki qidalarından ibarət olmalıdır.

Bu barədə tanınmış rusiyalı dietoloq Elena Tay məlumat verib.

Onun sözlərinə görə, tərkibi mikronutriyentlər, həzm olunan zülallar, pəhriz lifi və pektinlər olan humus (noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır) və ya digər paxlalı yeməklər ən yaxşısıdır.

 

“Tərkibindəki liflər, yavaş karbohidratlar və zülallar sayəsində belə axşam yeməyindən sonra toxluq uzun müddət davam edir və həzm normallaşır”, - deyə mütəxəssis vurğulayıb.

O, paxlalı bitkilər arasında ən faydalılar arasında noxud, mərci və lobyanı xüsusi vurğulayıb. Dietoloqun sözlərinə görə, adıçəkilən bitkilərin aşağı qlikemik indeksi çəkini qorumağa kömək edir.

Mənbə: “RİA Novosti”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.