banner
banner

İdman

Şahmatçımız vaxtından əvvəl Avropa çempionluğu qazandı

Şahmatçımız vaxtından əvvəl Avropa çempionluğu qazandı

Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında Azərbaycan şahmatçısı Uğur İlyaslı vaxtından əvvəl çempionluğu özü üçün təmin edib.

Cia.az xəbər verir ki, 18 yaşlı oğlanların yarışında 7,5 xal toplayan Azərbaycan şahmatçısı ən yaxın izləyicisini 1,5 xal qabaqlayır.

Bununla da şahmatçımız oyunların başa çatmasına 1 tur qalmış birinci pilləni özü üçün təmin edib.

On altı yaşlı qızların yarışında Ayan Allahverdiyeva 6,5 xalla 1-2-ci yerləri bölüşür. Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar) öz yaş qruplarında liderdən cəmi yarım xal geridədirlər.

On yaşlı şahmatçıların turnirində mübarizə aparan Səadət Bəşirli 6 xalla 2-6-cı yerləri bölüşür.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

 

 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.