PSJ-nin argentinalı ulduzu Mauro İkardi öz sosial şəbəkə hesabında həyat yoldaşı və meneceri Vanda Nara barədə paylaşım edib.
Xatırladaq ki, daha əvvəl mətbuat hücumçunun xəyanəti səbəbindən cütlüyün ayrıldığını yazırdı.
“Təşəkkür edirəm, sevgilim, bu gözəl ailəyə inanmağa davam etdiyin üçün, həyatımızın mühərriki olduğun üçün çox sağ ol. Mən səni sevirəm. Sevdiklərimizi incitmək nə qədər ağrılıdır. Yalnız incitdiyiniz insanlardan bağışlanma diləyərkən günahlarınızı yumuş olursuz”, - futbolçu həyat yoldaşı ilə paylaşdığı fotoya şərh olaraq yazıb.
Hücumçu növbəti paylaşımını da həyat yoldaşına həsr edib.
Bu dəfə 28 yaşlı futbolçu sevgisini daha qısa formada ifadə edib: “Məni heç zaman tək qoyma”.
Qeyd edək ki, Vanda Nara sosial şəbəkədə həyat yoldaşının dostluğunu tərk edəndən sonra hələ də İkardinin hesabına abunə olmayıb və futbolçu ilə şəkil paylaşmayıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb