"Real"ın futbolçusu Kriştiano Ronaldo 12 oyunluq qol seriyasını yaxşılaşdıra bilməyib.
Qol.Az-ın məlumatına görə, bundan əvvəl oynadığı 12 görüşdə qol vuran portuqaliyalı ulduz Çempionlar Liqasının qrup mərhələsində "Liverpul"a qarşı matçda fərqlənə bilməyib. Ronaldo həmçinin bu oyunda qol vura bilmədiyi üçün ÇL tarixinin bombardiri Raul Qonzalesin rekordunu təkrarlamağı bacarmayıb.
Qeyd edək ki, "Real" - "Liverpul" qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.