SON DƏQİQƏ: Qarabağdakı separatçı rejimin "ordu"su ləğv edilir - Arayik Arutyunyandan ŞOK AÇIQLAMA
“Qarabağdakı separatçı rejimin silahlı birləşmələri ləğv edilir”.
Bu barədə qondarma rejimin rəhbəri Arayik Arutyunyan özü məlumat verib.
O Aşot Arutyunyan adlı QHT nümayəndəsi ilə söhbət zamanı Qarabağdakı separatçı rejimin ordusunun ləğv ediləcəyini açıqlayıb. Arutyunyan “Azərbaycanlılar tələb edir” deyə vurğulayıb.
Arutyunyanın dediyi “ordu” sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qalan qanunsuz erməni silahlı birləşmələridir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.