ABŞ-ın və Qərb koalisiyasının Suriyanın Ət-Tanf şəhərində yerləşən hərbi bazasına ötən gecə raket hücumları olub. Cia.az xəbər verir ki, Livanın “Al Mayadeen” kanalının şahidlərə istinadən yaydığı xəbərə görə, Suriya, İraq və İordaniyanın sərhədlərinin kəsişməsində yerləşən bazanın ərazisində bir neçə güclü partlayış müşahidə edilib. Hərbçilərin yaşadıqları binalar və kazarmaların hədəf alındığı bildirilir. Hərbçilər arasında itkilər və maddi ziyan barədə heçnə deyilmir, ABŞ hərbi komandanlığı hələlik hadisə ilə bağlı açıqlama verməyib. Bildirilir ki, zərbələr beş pilotsuz uçan təyyarələrdən endirilib.
Suriyanın “AlBadia 24” informasiya agentliyi isə bildirir ki, raket zərbələri dörd qırıcı təyyarədən endirilib. Əvvəlcə pilotsuz təyyarə hərbi bazanın yerləşdiyi rayonda kəşfiyyat aparıb, ardınca qırıcılar bazaya raket zərbələri endirib. Bildirilir ki, raket zərbələrindən əvvəl hərbi bazanın yerləşdiyi rayonda bütün peyk və mobil rabitə əlaqəsi kəsilib. Bu da güclü radioelektron mübarizə sisteminin işə düşməsindən xəbər verir.
“Naməlum pilotsuz aparat zərbələrdən bilavasitə əvvəl beynəlxalq koalisiyanın nəzarətində olan zonadan 55 kilometr məsafədə yerləşən Ət-Tanf bazasının yaxınlığında görünüb, ardınca 4 döyüş təyyarəsi zərbələr endirib”, - məlumatda deyilir. Lakin agentlik qırıcıların tipini və hansı ölkəyə malik olmasını dəqiqləşdirmir. Bəzi mənbələr ehtimal edir ki, söhbət Suriya Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarından gedə bilər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.