Sarkisyanın müsahibəsində bir kin-küdurət, milli natamamlığın yaratdığı kompleksdən əziyyət çəkən hamıyla davaya hazır, hətta ən yaxın müttəfiqi Rusiyanın belə xidmətlərini gözü görməyən birisi boylanır. Güclülər belə olmur. Bu müsahibəni bir başqa prezident versəydi, vallah mənim ona yazığım gələrdi… Buna heç yazığın gəlmək də istəmirsən. Güclülər başqa cür danışar. Məsələn, Azərbaycan prezidenti İlham Əliyev də müsahibə verib. O, da Rusiya kanalına danışıb. Amma Azərbaycanın lideri sakit, rahat, hər hansı gərginlikdən uzaqdır. Öz iradəsinə, dövlətinin gücünə, haqlı olduğuna güvənən prezidentin çıxışından bəzi parçaları təqdim edirəm. Burdan hər şey aydın görünür. O cümlədən elə Azərbaycanın gücü də. “Mən bizim erməni opponentlərimizdən fərqli olaraq əminəm ki, biz daim düşmənçilik edə bilmərik. Biz eyni dövlətdə uzun illər yaşamışıq, bir yerdə faşizmlə mübarizə aparmışıq. Ona görə hesab edirəm ki, Ermənistan rəhbərliyi də bu qənaətə gələcək ki, düşmənçiliyə və işğala son qoymaq lazımdır. Gizlətmək istəmirəm ki, erməni xalqının faşizmdən əziyyət çəkməsinə və erməni xalqının nümayəndələrinin Böyük Vətən Müharibəsi cəbhələrində faşizmə qarşı vuruşmasına baxmayaraq bu gün Ermənistanda bizim anlamaqda çətinlik çəkdiyimiz tendensiyalar baş verir. Faşistlərin, Hitlerə xidmət etmiş adamların qəhrəmanlaşdırılması baş verir. Əgər Azərbaycan və Ermənistandan olan müharibə iştirakçılarının görüşmək imkanı olsaydı onlar dostluq masası arxasında oturub birgə tarixin şanlı səhifələrini xatırlayardılar. Amma təəssüf ki, Ermənistan tərəfi ictimaiyyət arasında görüşlərə hər cür mane olur. Bir neçə il əvvəl ictimaiyyət nümayəndələrinin, deputatların görüşlərinin keçirilməsi təşəbbüsü var idi, biz hətta bu formatı genişləndirmək istəyirdik. Amma Ermənistanda bunun yaxınlaşma və dostluq hisslərinə apardığını görən kimi qarşısını aldılar”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.