AAF beynəlxalq sertifikatlaşdırılmış təlimlər keçirəcək
Azərbaycan Avtomobil Federasiyası (AAF) Garagineering GMBH şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb.
Cia.az xəbər verir ki, memoranduma əsasən, "Garagineering GMBH" Azərbaycan Avtomobil Federasiyası ilə birlikdə ölkəmizdə avtomobillərə texniki xidmət göstərən işçi heyət üçün sertifikatlaşdırılmış təlimlər keçirəcək. Təlimlərin yekununda attestasiyadan keçən şəxslər beynəlxalq dərəcəli usta sertifikatı alacaqlar. Qeyd edək ki, "Garagineering GMBH" şirkəti Almaniya və Türkiyədə beynəlxalq dərəcəli təlimlər üzrə ixtisaslaşıb.
Təlimlərin məqsədi AAF-ın fəaliyyət istiqamətlərinə uyğun olaraq, avtomobil sənayesində peşəkar mütəxəssislərin hazırlanması və bu peşəyə gənclərdə marağın yaradılmasıdır.
İştirak etmək istəyən şəxslər qeydiyyat üçün [email protected] ünvanına müraciət edə və ya (+99450) 2950100 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.