banner
banner

Gündəm

Erməni iddiaları Ağ sarayda

Erməni iddiaları Ağ sarayda

Türkiyənin prezidentinin rəsmi iqamətgahı Ağ sarayda 1915-ci il hadisələrinə dair qondarma erməni iddiaları müzakirə olunacaq. 
Prezident Rəcəb Tayyib Ərdoğan bu sahənin mütəxəssisi olan tarixçi və akademiklərlə mayın 7-də görüşəcək. 
Tədbirdə çıxış etməsi gözlənilən Ərdoğan bu istiqamətdə ətraflı araşdırma aparılmasının əhəmiyyətindən danışacaq. 
Ərdoğan həmçinin tarixçi və akademiklərdən, bu istiqamətdə Türkiyənin mövqeyinin və 1915-ci ildə baş vermiş hadisələrin ətraflı olaraq bütün dünyaya çatdırılmasını istəyəcək. 
Görüş vaxtı həmçinin qondarma “soyqırımının” ildönümündə İrəvanda keçirilən anım tədbiri, başda Roma papası Franksis və Rusiya prezidenti Putin olmaqla bu istiqamətdə verilən mesajlar və nəticələri də müzakirə olunacaq. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.