Səudiyyə Ərəbistanı Yəməndə husi üsyançılarına qarşı mübarizəyə dəstək olmaq məqsədilə bu ölkəyə qoşun yeridib. Səudiyyə Ərəbistanı hərbi qüvvələrinin Ədən şəhərində hava limanına eniş etdikləri bildirilir. Bu barədə husi-yönümlü Cənub Xalq Müqaviməti hərəkatı məlumat yayıb. Səudiyyə Ərəbistanı iddiları rədd edir. Bəzi mənbələr isə, sözügedən qüvvələrin kəşfiyyatçılar olduğunu xəbər kimi yayıb. Hava limanı ətrafında koalisiya qüvvələri ilə husilər arasında döyüşlərin də getdiyi qeyd olunur. Səudiyyə Ərəbistanı hərbi qüvvələri indiyə qədər husilərə qarşı aviazərbələr endirməklə kifayətlənirdi. Beynəlxalq hüquq müdafiəçiləri - Hyuman Rayts Uoç isə, koalisiya qüvvələrini hərbi hava əməliyyatları zamanı üsyançılara qarşı kasset tipli silahlardan istifadə etməkdə günahlandırıb. 2008-ci ildən bu cür silahların istifadəsi beynəlxalq konvensiya əsasında qadağan olunub. Yəməndə husilər yanvar ayında paytaxt Sənanı ələ keçiriblər. Prezident Əbd Rəbbo Mənsur Hadi zorakılıqlar səbəbilə ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb. İndiyə qədər döyüşlərdə 1000-dən çox insan öldürülüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.