banner
banner

Şou

Günel ana olmaq istəyir

Günel ana olmaq istəyir


Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova ana olmaq istəyir.
“Uşaqları çox sevirəm. Allah mənə də ana olmaq qismət etsin. Qızım olmasını arzulayıram. Amma hələ bunun üçün toy olmalıdır. Namizədləri gözləyirəm”.
G.Zeynalova qardaş ölkədə yayıma başlayan “Səsi gözəl” verilişindən danışıb. O, yarışmada münsif olan türkiyəli ifaçı Sibel Canın ondan kömək istədiyini bildirib:
“Sibel Can mənə zəng etdi ki, verilişdə gözəl səs yoxdur, bizə kömək et. Azərbaycanda səsinə güvənən kim varsa, bizim verilişə qatılsın. Mənə telefon nömrəsi də verib. Hətta istedadlı səs tapmaq üçün özünün belə Bakıya gələcəyini bildirib. Bizdə gözəl səsi olan gənclər çoxdur. İlk dəfə Türkiyədə Zeynəb Xanlarovanı tanıdılar və sevdilər. Daha sonra isə məni gördülər. Mən verilişlərə qatılanda Azərbaycan dilində danışırdım. Bu da onların xoşuna gəlirdi. İndiki sənətçilər gedib türk dilində danışmağa başlayırlar. Onlar da bunu ələ salırlar".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.