ABŞ prezidenti Co Bayden Nyu-Cersi ştatında çıxışı zamanı ovucuna öskürüb, bundan sonra isə tribunadan düşərək çıxışa gələn insanlarla əl görüşüb. Bu zaman onun ağzında maska da olmayıb, halbuki bir müddət əvvəl onun kabinetinin üzvlərindən biri koronovirus infeksiyasına yoluxub.
Belə ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkasada koronovirus müəyyən edilib, bundan əvvəl isə o, prezidentlə görüşmüşdü.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.