banner
banner

Gündəm

Paşinyan Xankəndiyə niyə gəlmir? - İrəvandan AÇIQLAMA

Paşinyan Xankəndiyə niyə gəlmir? -

II Qarabağ Müharibəsinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi müntəzəm şəkildə Azərbaycanın Qarabağ bölgəsində, xüsusən Xankəndi şəhərinə gəlirdi.

 

Cia.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında müxalifətdə olan “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan baş nazirin müavini Suren Papikyana bu barədə sual verib: Paşinyan Xankəndiyə niyə getmir?

O, Ermənistan prezidenti, baş naziri və spikerinin 1 ildən çoxdur ki, Qarabağa getmədiklərini xatırladıb.

 

Baş nazirin müavini isə bu vaxta qədər Qarabağa bir çox dövlət məmurlarının səfər etdiyini xatırladıb. O lazım gələrsə, səfərlərin davam etdiriləcəyini deyərək, suala birbaşa cavabdan yayınıb.

 
II Qarabağ Müharibəsi 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşması əsasında dayandırılıb. 

Bu razılaşmaya əsasən, Qarabağın Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əsgərən bölgələrinə hazırda müvəqqəti olaraq Rusiya sülhməramlıları nəzarət edir. Bununla yanaşı, həmin ərazilərdə erməni separatçı-terrorçu dəstələri də var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.