banner
banner

Dünya

Polşa üçün gündə bir milyon avro cərimə

Polşa üçün gündə bir milyon avro cərimə

Avropa Ədalət Məhkəməsi Polşanı gündəlik bir milyon avro ödəmək cəzasına məhkum edib.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sözügedən ölkənin ədliyyə islahatına dair həmin məhkəmə tərəfindən verilmiş qərarların icrasından imtina etməsidir.

Belə ki, Polşa hökuməti Avropa İttifaqının ali məhkəmə orqanı olan Avropa Ədalət Məhkəməsinin qərarını bu ölkəyə qarşı təzyiq kimi dəyərləndirərək rədd edib.

 

Məhkəmənin qərarının əsasını bu il iyulun 14-də qəbul edilmiş və Polşadan Avropa hüququna hörmət, eləcə də milli hüququ Avropa hüququnun fövqündə tutmamağı tələb edən sərəncam təşkil edir. Polşa öz ədliyyə sistemindəki islahatlardan geri çəkilməyəcəyini elan etdikdən sonra, Avropa Komissiyası ötən ay Avropa Ədalət Məhkəməsinə müraciət edib və Polşanın maliyyə sanksiyası vasitəsilə sərəncama riayət etməsi üçün qərar verilməsini istəyib. Sanksiya Polşanın Avropa Ədalət Məhkəməsinin qərarlarına hörmətlə yanaşanadək qüvvədə qalmalıdır.

Rəsmi Varşava məhkəmənin qərarına hələlik heç bir açıqlama verməsə də, ədliyyə nazirinin müavini Sebastian Kaleta Avropa Ədalət Məhkəməsini öz səlahiyyətlərini aşmaqda, Polşa konstitusiyasına və həmçinin Konstitusiya Məhkəməsinin hökmlərinə məhəl qoymamaqda günahlandırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.