““F-35” proqramının tərəfdaşlarından biri olmağımıza rəğmən haqsız şəkildə proqramdan çıxarıldıq”.
Cia.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsi zamanı deyib.
“Ya Türkiyənin “F-35” proqramına geri qaytarılması, ya ödədiyimiz vəsaitin qaytarılması və yaxud başqa məhsulla kompensasiya edilməlidir. ABŞ satmaq istəmirsə, digər variantlar işə düşər”, - deyə Türkiyənin XİN rəhbəri söyləyib.
Onun sözlərinə görə, Türkiyə heç vaxt çarəsiz qalmayıb: “Türkiyə hazırda ehtiyacının 75%-ni istehsal edir. Ehtiyac yarandıqda başqa ölkələrə yönələ bilər. Alternativlərimiz var. Biz yolumuza davam edirik”.
Xatırladaq ki, Ankara 100 ədəd Lockheed Martin “F-35” sifariş versə də, Türkiyənin “S-400” almasından sonra ABŞ Türkiyəni proqramdan çıxarmışdı.
Prezident Rəcəb Tayyib Ərdoğan “F-35”lərin tədarükü üçün ödənilən 1,5 milyard dolları geri almaq niyyətində olduqlarını bəyan etmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.