Suriyanın Latakiya bölgəsində yerləşən Cəbel ət-Türkmən şəhərində 6 azərbaycanlı döyüşçü öldürülüb.
Cia.az xəbər verir ki, “Cundulla” qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar “Əl Qaidə”yə bağlı “Hayat Təhrir əş-Şam” qruplaşması ilə döyüşlərdə həyatlarını itiriblər.
“Cundulla”nın azərbaycanlı komandiri Əbu Hənifə əl-Azəri də öldürülənlər arasındadır.
“Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani ilə əldə olunmuş razılaşmaya görə, “Cundulla” qruplaşmasının sağ qalan üzvləri Cəbel ət-Türkmən şəhərini tərk edəcək və İdlib vilayətinə qayıdacaq.
Öldürülən azərbaycanlıların adları hələlik açıqlanmır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.